logo

Azərbaycanda daha 660 nəfər koronavirusa yoluxdu, 14 nəfər öldü

16:59 09-05-2021 | icon 3668
Azərbaycanda daha 660 nəfər koronavirusa yoluxdu, 14 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 1539 nəfər müalicə olunaraq sağalıb, 660 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 326 min 716 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 306 min 119 nəfər müalicə olunaraq sağalıb, 4680 nəfər vəfat edib. Aktiv xəstə sayı 15917 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 330 min 985 test aparılıb. Bugünkü test sayı isə 9474-dür.