logo

Azərbaycanda daha 649 nəfər koronavirusa yoluxdu, 16 nəfər öldü

17:04 08-05-2021 | icon 3731
Azərbaycanda daha 649 nəfər koronavirusa yoluxdu, 16 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 1720 nəfər müalicə olunaraq sağalıb, 649 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 326 min 56 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 304 min 580 nəfər müalicə olunaraq sağalıb, 4666 nəfər vəfat edib. Aktiv xəstə sayı 16810 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 321 min 511 test aparılıb. Bugünkü test sayı isə  10244-dür.