logo

Sabah paytaxtın Sabunçu və Nizami rayonlarında qaz təchizatı məhdudlaşdırılacaq

19:21 26-04-2018 | icon 2394
Sabah paytaxtın Sabunçu və Nizami rayonlarında qaz təchizatı məhdudlaşdırılacaq

Sabah Bakı şəhərinin Sabunçu və Nizami rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə  “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib. Məlumatda  qeyd edilib ki, aprelin 27-də saat 10:00-dan təmir işləri tamamlananadək yeni çəkilmiş diametri 76 mm-lik qaz xəttinin şəbəkəyə qoşulması, diametrləri 219 və 89 mm-lik yeraltı qaz xətlərində aşkar olunmuş qaz sızmasının ləğvi, Naxçivanski küçəsi 72 ünvanında yeraltı diametri 108 mm-lik qaz xəttinin korroziyaya uğramış hissəsinin yenisi ilə əvəz olunması ilə əlaqədar Sabunçu rayonu Bakıxanov qəsəbəsi, N.İsmayılov prospekti, Anaşkina, Bünyadov, Ş.Kamilov küçələrində,eləcə də Nizami rayonu Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.