logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 1 milyon nəfərə çatır

16:59 06-05-2021 | icon 5481
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 1 milyon nəfərə çatır

Mayın 6-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 27 min 777 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 4290, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 23487 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 593 min 883-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 992 min 252, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 601 min 631 nəfərdir.