logo

Həkim səhlənkarlığı əkiz oğlanların doğuşda ölümünə səbəb oldu

10:30 06-05-2021 | icon 3178
Həkim səhlənkarlığı əkiz oğlanların doğuşda ölümünə səbəb oldu

Bakıda doğuş zamanı əkiz oğlanlar  boğularaq ölüb.

YeniAvropa xəbər verir ki, bu barədə körpələrin babası, Salyan rayonunun Ərəbqardaşbəyli kənd sakini Əlisahib İmanov məlumat verib.

Onun sözlərinə görə, gəlini, 2000-ci il təvəllüdlü Nəcəfova Pərvanə Məhəmməd qızını doğuş vaxtına az müddət qaldığından Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətiriblər. Bir neçə gün həkim nəzarətində qalan P.Nəcəfova ötən gün səhər saat 09:00 radələrində qeysəriyyə əməliyyatına hazırlanıb. Lakin qeysəriyyə əməliyyatı saat 14:30 radələrində aparılıb. Oğlan əkizlər ana bətnində boğularaq ölüblər.

Ə.İmanovun sözlərinə görə, körpələr səhər saatlarında ana bətnində sağ olublar. Həkimlər tərəfindən qeysəriyyə əməliyyatı gecikdirdiyindən körpələr ana bətnində boğularaq ölüb. O, körpələrin ölümündə həkimləri günahlandırıb.

Faktla bağlı araşdırma aparılır .