logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 579 minə çatır

16:55 05-05-2021 | icon 3402
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 579 minə çatır

Mayın 5-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 29 min 778 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 7957, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 21821 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 566 min 106-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 987 min 962, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 578 min 144 nəfərdir.