logo

Göyçayda daha bir hadisə - Bu dəfə məktəb direktoru öldü

20:49 22-12-2017 | icon 3563
Göyçayda daha bir hadisə - Bu dəfə məktəb direktoru öldü

Xəbər verdiyimiz kimi, dünən Göyçay rayonunda 9 saylı orta məktəbin direktoru Akif Qəribov qolunun şah damarını kəsərək intihara cəhd edib. Direktorun intiharına səbəb kimi ondan yüksək məbləğdə pul tələb olunması göstərilir.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən Göyçayda daha bir direktorla bağlı hadisə baş verib. Belə ki, Çayarxı kənd məktəbinin direktoru Mübariz Şamilov ürək tutmasından vəfat edib.İddia olunur ki, M. Şamilovun da qəfil ölümünə səbəb ondan yüksək məbləğdə pul tələb olunmasıdır.

Göyçay rayon Təhsil Şöbəsinin baş məsləhətçisi Lütfiyar Qurbanov "Qafqazinfo"ya açıqlamasında direktorun bir ildən çoxdur ki, ürəyində problem olduğunu bildirib:

“Biz ailəsi ilə əlaqə saxlamışıq. Onlar dedilər ki, Mübariz müəllim bir il qabaq infarkt keçirib. Ondan sonra da ürəyində problem yaranıb".

Bu iki hadisənin bir-biri ilə hər hansı bir aidiyyatı yoxdur. Heç bir direktordan da pul istənilməyib”.