logo

TƏBİB 20 həkimin işdən çıxarılmasına münasibət bildirdi

13:31 05-05-2021 | icon 3276
TƏBİB 20 həkimin işdən çıxarılmasına münasibət bildirdi

Talassemiya Mərkəzi və B.A.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun, eləcə də digər tibb müəssisələrinin yalnız direktor və direktor müavinlərinin təyinatı və işdən azad edilməsi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədrinin qərarı ilə həyata keçirilir.

YeniAvropa xəbər verir ki, bu fikirlər Talassemiya Mərkəzi və B.A.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunda 20-yə yaxın əməkdaşının TƏBİB sədri tərfindən işdən azad edilməsi ilə bağlı yayılan xəbərlərə qurumun açıqlamasında yer alıb. 

Bildirilib ki, digər bütün struktur bölmələrin əməkdaşları müəssisənin rəhbəri tərəfindən işə qəbul olunur və işdən azad edilir.

"Sözügedən müəssisələrin 20-ə yaxın əməkdaşının işdən azad edilməsinin TƏBİB İdarə Heyətinin sədri tərəfindən həyata keçirilməsi həqiqəti əks etdirmir.Əməkdaş işdən azad edilməsi qərarı ilə razılaşmadığı təqdirdə müəssisə  rəhbərinə müraciət edərək şikayət edə bilər",-deyə TƏBİB-in açıqlamasında bildirlib.