logo

Azərbaycanda daha 963 nəfər koronavirusa yoluxdu, 17 nəfər öldü

16:53 04-05-2021 | icon 4949
Azərbaycanda daha 963 nəfər koronavirusa yoluxdu, 17 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 2091 nəfər müalicə olunaraq sağalıb, 963 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 322 min 761 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 296 min 875 nəfər müalicə olunaraq sağalıb, 4597 nəfər vəfat edib. Aktiv xəstə sayı 21289 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 279 min 163 test aparılıb. Bugünkü test sayı isə 11328-dir.