logo

Azərbaycanda daha 1058 nəfər koronavirusa yoluxdu, 23 nəfər öldü

19:29 02-05-2021 | icon 3115
Azərbaycanda daha 1058 nəfər koronavirusa yoluxdu, 23 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 2125 nəfər müalicə olunaraq sağalıb, 1 min 58 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 321 min 380 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 293 min 689 nəfər müalicə olunaraq sağalıb, 4 min 561 nəfər vəfat edib. Aktiv xəstə sayı 23 min 130 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 262 min 655 test aparılıb. Bugünkü test sayı isə 8 min 777-dir.