logo

Azərbaycanda daha 1213 nəfər koronavirusa yoluxdu, 21 nəfər öldü

16:40 01-05-2021 | icon 3598
Azərbaycanda daha 1213 nəfər koronavirusa yoluxdu, 21 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2104 nəfər müalicə olunaraq sağalıb, 1213 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 320 min 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 291 min 564 nəfər müalicə olunaraq sağalıb, 4538 nəfər vəfat edib. Aktiv xəstə sayı 24220 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 253 min 878 test aparılıb. Bugünkü test sayı isə 12692-dir.+