Aprelin 30-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 16 min 639 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 6328, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 10311 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 488 min 218-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 966 min 132, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 522 min 86 nəfərdir.