Aprelin 29-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 15 min 465 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 6259, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 9206 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 471 min 579-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 959 min 804, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 511 min 775 nəfərdir.