logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 0,5 milyonu ötüb

17:09 28-04-2021 | icon 3773
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 0,5 milyonu ötüb

Aprelin 28-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 15 min 871 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 6711, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 9160 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 456 min 114-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 953 min 545, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 502 min 569 nəfərdir.