Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov işdən çıxarılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.
R.Bayramlının digər bir əmri ilə Yevlax rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Azər İsmayılov M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına baş həkim təyin olunub.
Qeyd edək ki, Telman İbadov 2020-ci il Naxçıvan Ali Məclisinə seçimlərdə 45 saylı Aza seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olub və deputatı seçilib.
Ramin Bayramlının imzaladığı başqa bir əmrlə isə paytaxtdakı 1 saylı Tibbi Klinik Mərkəzin ("Semaşko") direktoru Qafarov İlham Heydər oğlu da işdən çıxarılıb.
Onun yerinə isə Mingəçevir şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərova təyin olunub.