Aprelin 26-da Bakıda Rusiya-Azərbaycan-İran “Şimal-Cənub” elektrik enerjisi dəhlizinin yaradılmasına dair görüş keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu haqda Energetika Nazirliyindən bildirilib. Məlumatda qeyd edilib ki, sabah nazirlikdə baş tutacaq üçtərəfli görüşdə Rusiya-Azərbaycan-İran “Şimal-Cənub” elektrik enerjisi dəhlizinin yaradılmasının perspektivləri müzakirə ediləcək.