logo

Azərbaycanda daha 1307 nəfər koronavirusa yoluxdu, 27 nəfər öldü

17:09 27-04-2021 | icon 3934
Azərbaycanda daha 1307 nəfər koronavirusa yoluxdu, 27 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2383 nəfər müalicə olunaraq sağalıb, 1307 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 315 min 119 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 282 min 786 nəfər müalicə olunaraq sağalıb, 4429 nəfər vəfat edib. Aktiv xəstə sayı 27904 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 206 min 917 test aparılıb. Bugünkü test sayı isə 11649-dur.