logo

 “Azeri Light” 76 dollaradək bahalaşıb

11:02 25-04-2018 | icon 2688
 “Azeri Light” 76 dollaradək bahalaşıb

Dünya birjalarında Azərbaycan neftinin bir barrelinin qiyməti 76 dolları ötüb.

YeniAvropa xəbər verir  ki,  “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1 dollar bahalaşaraq 76,25 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar ucuzlaşaraq 73,82 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,05 dollar azalaraq 67,65 dollar təşkil edib.