Aprelin 26-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 365 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 362, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 3 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 423 min 660-a bərabərdir.
Birinci mərhələ üzrə vaksin vurduranların sayı 939 min 460, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 484 min 200 nəfərdir.