logo

COVID-19-a qarşı I mərhələdə peyvənd olunanların sayı 940 minə çatır

18:33 25-04-2021 | icon 3675
COVID-19-a qarşı I mərhələdə peyvənd olunanların sayı 940 minə çatır

Aprelin 25-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 10 min 814 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 4192, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 6622 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 423 min 295-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 939 min 98, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 484 min 197 nəfərdir.