logo

COVİD-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 478 min nəfər çatır

17:57 24-04-2021 | icon 3801
COVİD-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 478 min nəfər çatır

Aprelin 24-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 16 min 90 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 8830, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 7260 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 412 min 481-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 934 min 906, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 477 min 575 nəfərdir.