“Iraqi Airways” aviaşirkətinin aprelin 24-də həyata keçirməli olduğu Bakı-Bəsrə aviareysi ləğv edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Xəbərdə qeyd edilib ki, “IA-428” saylı Bakıdan Bəsrəyə olan uçuş saat 13:30-da “Boeing 737-300” təyyarəsi ilə həyata keçirilməli idi.Lakin Aviareysin hansı səbəbdən təxirə salındığına dair İraq tərəfi məlumat verməyib.
Qeyd edək ki, “Iraqi Airways” aviaşirkəti aprel ayında artıq ikinci dəfədir ki, Bakı-Bəsrə reysini ləğv edir.