YeniAvropa xəbər verir ki, reyd zamanı avtomobillərin konstruksiyasında dəyişiklik edərək idarə etdikləri maşınlarını fərqli formaya salan, o cümlədən yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər saxlanılıb. Onlara inzibati protokol tərtib olunub.
Reyd zamanı sürücülük hüququ olmayan, sənədləri yerində olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən, həmçinin cərimələrini ödəməyən sürücülərdə aşkarlanıb. Hətta bəzi sürücülər polisin saxla əmrinə məhəl qoymayaraq yollarını dəyişməklə şəhərin müxtəlif küçələrində reyddən yayınmağa çalışıblar.
Ümumiyyətlə, şəhərin müxtəlif hissələrində üç saata yaxın davam edən yoxlamalar zamanı 50-yə yaxın inzibati protokol tərtib olunub və xəbərdarlıq edilib. Avtomobillərin cərimə meydançasına aparılmasına və yazılan cərimələrə etiraz edərək polis əməkdaşları ilə mübahisə edənlər isə yol hərəkəti qaydalarına və inzibati xətalar haqqında qanunlara əməl etmədikləri üçün cərmələniblər. (report)