logo

Azərbaycanda daha 1809 nəfər  koronavirusa yoluxdu, 33 nəfər öldü

17:07 23-04-2021 | icon 3955
Azərbaycanda daha 1809 nəfər  koronavirusa yoluxdu, 33 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 2191 nəfər müalicə olunaraq sağalıb, 1809 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 309 min 789 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 274 min 766 nəfər müalicə olunaraq sağalıb, 4307 nəfər vəfat edib. Aktiv xəstə sayı 30716 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 164 min 974 test aparılıb. Bugünkü test sayı isə 11097-dir.