logo

Azərbaycanda koronavirusa 2047 yeni yoluxma faktı qeydə alınıb

17:58 22-04-2021 | icon 3507
Azərbaycanda koronavirusa 2047 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus infeksiyasından 2610 nəfər müalicə olunaraq sağalıb, 2047 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 307 min 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 272 min 575 nəfər müalicə olunaraq sağalıb, 4274 nəfər vəfat edib. Aktiv xəstə sayı 31131 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 153 min 877 test aparılıb. Bugünkü test sayı isə 12542-dir.