Aprelin 22-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 15 min 77 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 9205, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 5872 nəfərdir.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 381 min 967-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 917 min 877, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 464 min 90 nəfərdir.