Sabirabadda 22 yaşlı hamilə qadın dünyasını dəyişib.
YeniAvropa xəbər verir ki,hadisə rayonun Şəhriyar kəndində qeydə alınıb. Kənd sakini , 1999-cu il təvəllüdlü Əzizova Arifə Arif qızının halı qəflətən pisləşib.
17 həftəlik hamiləliyi olan gənc qadını Sabirabad rayon xəstəxanasına çatdırmaq istəsələr də , o, yolda keçinib.
Ölümün səbəbini aydınlaşdırmaq üçün tibbi ekspertiza təyin edilib, araşdırma aparılır.