logo

Ölkədə COVİD-19-a qarşı I mərhələdə 900 min nəfər peyvənd olunub

17:07 20-04-2021 | icon 3843
Ölkədə COVİD-19-a qarşı I mərhələdə 900 min nəfər peyvənd olunub

Aprelin 20-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 14830 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 9981, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4849 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 352 min 210-dur. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 899 min 213, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 452 min 997 nəfərdir.