Azərbaycanda koronavirus infeksiyasından 1946 nəfər müalicə olunaraq sağalıb, 2197 yeni yoluxma faktı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 303 min 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 267 min 485 nəfər müalicə olunaraq sağalıb, 4203 nəfər vəfat edib. Aktiv xəstə sayı 32170 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 128 min 656 test aparılıb. Bugünkü test sayı isə 13777-dir.