logo

COVİD-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 890 minə çatır

18:08 19-04-2021 | icon 3717
COVİD-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 890 minə çatır

Aprelin 19-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 19 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 16, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 3 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 337 min 380-dir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 889 min 232, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 448 min 148 nəfərdir.