Qarşıdakı 5 il ərzində Rusiyaya məhsul ixracını 3 dəfə artırmaq niyyətindəyik. Bu, bizim üçün hədəfdir.
YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Nazir deyib ki, Azərbaycan tərəfi Rusiyaya ölkəmizin 5 illik istehsal planları ilə bağlı məlumat verib ki, onlar da öz idxal-ixrac əməliyyatlarında nəzərə alsınlar.
"Azərbaycanın çox böyük proqramları var. Biz qarşıdakı illərdə ixracın artırılması istiqamətində böyük işlər aparırıq. Biz məhsuldarlığın artırılması hesabına məhsul istehsalını artırmaq niyyətindəyik. Qarşıdakı 5 il ərzində Rusiyaya məhsul ixracını 3 dəfə artırmaq niyyətindəyik. Bu, bizim üçün hədəfdir",-defə şahin Mustafayev vurğulayıb.