Aprelin 18-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 12 min 327 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 9 min 860, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2 min 467 nəfərdir.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 337 min 361-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 889 min 216, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 448 min 145 nəfərdir.