Rusiyanın “Qorki Avtomobil Zavodu” (QAZ) ASC ilə “Azərmaş” ASC arasında “QAZ” markalı avtomobillərin Azərbaycanda yığımına dair əməkdaşlıq haqqında memorandum imzalanıb.
YeniAvropa xəbər verir ki, sənəd aprelin 23-də Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkinlə görüşü çərçivəsində imzalanıb.
Ş.Mustafayevin sözlərinə görə, Hacıqabul Sənaye Məhəlləsində Rusiya ilə birgə kiçik tonnajlı "QAZ" markalı maşınların yığılması da təşkil ediləcək. "Bu gün bununla bağlı müvafiq memorandum imzalandı. Bu işlərə yaxın zamanda başlanılacaq. Neft maşınqayırma sahəsi də bizim üçün maraqlı sahələrdəndir", - deyə nazir vurğulayıb.
Görüşdə , həmçinin, “Şimali Qafqaz Kurortlar Birliyi və “Şahdağ” dağ-xizək kurortu arasında Memorandum da imzalanıb.