logo

Daha bir təhsil müəssisəsi karantinə bağlandı

19:09 16-04-2021 | icon 3857
Daha bir təhsil müəssisəsi karantinə bağlandı

Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində müəllim və tələbə heyəti arasından 9 nəfərin COVID-19 testi pozitiv çıxması səbəbindən Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında aprelin 13-dən etibarən Mərkəzdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, hazırda peşə təhsili müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı tələbələrin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitarepidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.