logo

"BP" Azərbaycanla yeni saziş imzalayacaq

13:07 23-04-2018 | icon 2506
"BP" Azərbaycanla yeni saziş imzalayacaq

"BP" şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokuna dair Azərbaycan hökuməti ilə yeni saziş imzalayacaq.

YeniAvropa xəbər verir  ki, bu haqda  “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, saziş D230 blokunun geoloji-kəşfiyyatı və işlənməsini əhatə edəcək.

"Bu sahədə əhəmiyyətli miqyasda neft ehtiyatları mövcud ola bilər. Artıq bütün lazımi işlər görülüb və yaxın günlərdə sazişin imzalanması reallaşacaq",-deyə B.Aslanbəyli bildirib. .

Xatırladaq ki, 2016-cı il mayın 24-də Bakıda "BP" və SOCAR arasında Şimali Abşeron hövzəsindəki D230 blokunda potensial perspektiv strukturlarda birgə geoloji-kəşfiyyat işlərinin aparılmasına dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycanın dəniz ərazilərinin bütünlüklə tədqiq olunmasının təmin edilməsi üzrə hökumət planının bir hissəsi kimi, bu memorandum D230 blokunun geoloji-kəşfiyyatı və işlənməsi üzrə saziş bağlamaq üçün SOCAR-la danışıqlar aparması üçün BP-yə müstəsna hüquq verib.