logo

İndiyədək “Şahdəniz" yatağından 89 milyard kubmetrdən çox qaz hasil olunub

12:02 23-04-2018 | icon 2604
İndiyədək “Şahdəniz" yatağından 89 milyard kubmetrdən çox qaz hasil olunub

İndiyədək Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz" qaz-kondensat yatağından 89 milyard kubmetrdən çox təbii qaz və 26 milyon ton kondensat hasil edilib.

YeniAvropa xəbər verir  ki,  bu fikirləri “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumundakı çıxışında səsləndirib.

"BP"nin rəsmisi əlavə edib ki, işlənmənin əvvəlindən bu vaxtadək Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan isə 3,3 milyard barrel neft hasil olunub. AÇG və "Şahdəniz"in işlənməsindən Azərbaycan indiyədək 132 milyard dollar gəlir əldə edib.