logo

Azərbaycanda I mərhələdə peyvənd olunanların sayı 840 minə çatır

17:47 15-04-2021 | icon 3969
Azərbaycanda I mərhələdə peyvənd olunanların sayı 840 minə çatır

Aprelin 15-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 28 min 600 doza vaksin vurulub.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 23 min 891, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4709 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 271 min 781-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 837 min 304, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 434 min 487 nəfərdir.