Xalq artisti Niyaməddin Musayev koronavirus infeksiyasına yoluxub.
YeniAvropa xəbər verir ki, bu barədə müğənninin yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.
Qeyd edilib ki, bir müddət öncə müğənninin həraraəti qalxıb və bir necə gün aşağı düşməyib. COVİD-19 üçün verilən testin nəticəsi pozitiv çıxıb.
Sənətçi Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.