Azərbaycan Respublikasında aprelin 11-də daha 23 min 538 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 min 956, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 4 min 582 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 1 milyon 117 min 87-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 758 min 275, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 418 min 812 nəfərdir.