YeniAvropa xəbər verir ki, bunu KİV-ə müsahibəsində Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayev bildirib.
Köçkünlər üçün inşa olunan mənzillərin bölgüsündəki neqativ hallarla bağlı da məsələyə toxunan yeni sədr bildirib ki, artıq bu problemlər keçmişdə qalmış hesab edilə bilər: “Hesab edin ki, artıq bu məsələlər öz həllini tapıb. Qısa zamanda bunun şahidi olacaqsınız”.