logo

Azərbaycanda daha 2206 nəfər koronavirusa yoluxdu, 35 nəfər öldü

16:39 09-04-2021 | icon 2065
Azərbaycanda daha 2206 nəfər koronavirusa yoluxdu, 35 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 1578 nəfər müalicə olunaraq sağalıb, 2206 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 281 min 387 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 247 min 459 nəfər müalicə olunaraq sağalıb, 3846 nəfər vəfat edib. Aktiv xəstə sayı 30082 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 990 min 285 test aparılıb. Bugünkü test sayı isə 12692-dir.