logo

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların  sayı 1 milyonu ötüb

14:28 07-04-2021 | icon 2254
Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların  sayı 1 milyonu ötüb

Azərbaycanda daha 43 min 499 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27 min 992, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 15 min 507 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 1 milyon 25 min 790-na bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 639 min 463, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 386 min 327 nəfərdir.