logo

“Azeri Light”  birjalarda  74,96 dollaradək ucuzlaşıb

15:02 21-04-2018 | icon 2744
“Azeri Light”  birjalarda  74,96 dollaradək ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. 

YeniAvropa xəbər verir  ki, Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Belə ki,  “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,19 dollar ucuzlaşaraq 74,96 dollar olub.

 Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,28 dollar bahalaşaraq 74,06 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,07 dollar artaraq 68,40 dollar təşkil edib.