logo

Qubada qar örtüyünün hündürlüyü  12 sm-ə çatır

14:35 21-04-2018 | icon 2338
Qubada qar örtüyünün hündürlüyü  12 sm-ə çatır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində aprelin 20-dən 21-i səhərədək hava şəraiti qeyri-sabit olub, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub.

Departamentdən YeniAvropa-ya bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-10, Kiçik Qafqazda 12-36, Mərkəzi Aran rayonlarında 1-10, Böyük Qafqazda 1-8, Qazax-Gəncə zonasında 1-11, Naxçıvan Muxtar Respublikasında 1-4, Lənkəran-Astara zonasında 1 millimetr təşkil edib.

Qar örtüyünün hündürlüyü Qırızda 12, Xınalıqda 10 (Quba), Dəstəfurçay Qaraqollarda, Gəncəçay-Alaxançallıda (Daşkəsən) və Şahdağda (Qusar) 5 santimetr olub.