2018-ci ilin yanvar-mart aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 279 min 209 ton yük daşınıb ki, bu yüklərin dəyəri 126 milyon 958 min ABŞ dollarıdır.
Dövlət Gömrük Komitəsindən YeniAvropa-ya verilən məlumata görə, üç ayda dəniz nəqliyyatı ilə ixrac olunan 66 min 499 ton yükün dəyəri 27 milyon 843 min ABŞ dolları təşkil edir. Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi 212 min 709 ton, dəyəri isə 99 milyon 115 min ABŞ dollarıdır.