logo

Azərbaycanda daha 2237 nəfər koronavirusa yoluxdu, 29 nəfər öldü

16:10 31-03-2021 | icon 2051
Azərbaycanda daha 2237 nəfər koronavirusa yoluxdu, 29 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 787 nəfər müalicə olunaraq sağalıb, 2237 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 261 min 713 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 238 min 125 nəfər müalicə olunaraq sağalıb, 3567 nəfər vəfat edib. Aktiv xəstə sayı 20021 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 873 min 658 test aparılıb. Bugünkü test sayı isə 14885-dir.