"Bakcell" əlilliyi olan uşaqlar üçün inklüziv təhsil və bərabər hüquqları təşviq edir
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti BMT-nin Azərbaycan Nümayəndəliyinin “ASAN Radio” ilə hazırladığı “Qlobal məqsədlər” verilişinə dəstək göstərir. “Qlobal Məqsədlər” verilişinin növbəti buraxılışında dayanıqlı inkişaf məqsədlərinə nail olmaq işində inklüziv təhsilin rolu müzakirə ediləcək.
Bütün uşaqlar kimi, əlilliyi olan uşaqların da öz bacarıqlarını inkişaf etdirmək və arzularını reallaşdırmaq üçün keyfiyyətli təhsilə ehtiyacları var. Əlilliyi olan uşaqların cəmiyyətə töhfə verə biləcəyi bir çox sahə var və inklüziv təhsil bu potensialı ortaya çıxarmaqda açar rolunu oynayır. Lakin bütün dünyada əlilliyi olan uşaqlar məktəbdən və diqqətdən kənarda qalma ehtimalı ən yüksək olan insanlar arasındadır. İnklüziv təhsil sistemləri isə uşaqlara məktəbə getmək və öyrənmək üçün bərabər şans verir ki, bu da onların öz təhsil hüquqlarını və tam potensiallarını reallaşdırmasına imkan verir.
YeniAvropa xəbər verir ki, bu həftənin qonaqları UNICEF-in Azərbaycandakı nümayəndəliyinin təhsil üzrə mütəxəssisi Leyla Həsənova, Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların müdafiəsi idarəsi xüsusi təhsil şöbəsinin müdiri Anar Xələfov və 138 saylı məktəbin direktoru Mirfaiq Mirheydərlidir.
Veriliş “ASAN Radio”da 23 aprel 2018-ci il tarixində saat 18:20-də efirə gedəcək. Verilişin təkrarı 25 aprel (saat 11:05-də) və 27 aprel (saat 14:05-də) tarixlərində yayımlanacaq.
“Qlobal Məqsədlər” radioverilişinin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı məlumatlılığın artırılması, 2030-cu ilə qədər olan tədbirlər planı üzrə həyata keçirilən layihələr və dayanıqlılığın təmin olunması üçün müxtəlif strukturların və vətəndaşların üzərinə düşən vəzifələrlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır. Qeyd edək ki 2015-ci ilin sentyabr ayında dünya liderləri tərəfindən 17 Dayanıqlı İnkişaf Məqsədi qəbul edilib. Həmin məqsədlər yoxsulluğa son qoymaq, inkişaf və insanların rifahını təşviq etmək, eyni zamanda ətraf mühiti qorumaq üçün səylərin birləşdirilməsini nəzərdə tutur.
Xatırladaq ki, aprel ayı ərzində "Bakcell" şirkətinin dəstəyilə “ASAN Radio”da (100FM) 5 veriliş efirə veriləcək.
Özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində "Bakcell" şirkəti əlilliyi olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquqların və inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrə dəstək göstərir. Bu layihələrin bir hissəsi uşaq inkişaf mərkəzləri və inklüziv təhsil müəssisələrinə xüsusi olaraq əlilliyi olan uşaqlar üçün hazırlanmış kompüter və digər avadanlıqlarının təmin edilməsini əhatə edib. Bu günə qədər Bakcell “SOS Uşaq Kəndləri”, “SavetheChildren” və “Azərbaycana Birgə Yardım” kimi təşkilatlarla birgə həyata keçirilmiş lahiyələr vasitəsilə minlərlə uşağa dəstək göstərib. "Bakcell" inanır ki, “Hər bir uşaq bir ulduzdur!” və bərabər hüquqlara malik olmağa layiqdir!
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb