logo

İcbari tibbi sığorta xidmətlərində  limitlər tətbiq olunacaq

14:44 25-03-2021 | icon 2457
İcbari tibbi sığorta xidmətlərində  limitlər tətbiq olunacaq
Ölkədə icbari tibbi sığorta sistemi sonuncu mərhələ üzrə bu il aprelin 1-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda tətbiqinə başlanacaq. Bəs hansı tibbi xidmətlət pulsuz olucaq?
 
YeniAvropa xəbər verir ki,  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İcmatiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aynurə Əhmədova jurnalistlərə açıqlamasında deyib ki, icbari tibbi sığorta xidmətlərində müəyyən limitlər tətbiq olunacaq. 
 
Onun sözlərinə görə, icbari tibbi sığortanın xidmətlər zərfində 2550 sayda tibbi xidmət daxildir. Burada 2 istiqamət üzrə limit nəzərədə tutulub:  
 
"Xidmətlər zərfində 26 adda fizioterapiya və masaj xidmətləri yer alıb. Bunların hər birindən il ərzində 10 prosedur olmaqla istifadə edə bilərlər. Hər nahiyə üzrə 10 prosedur pulsuzdur. İl ərzində artıq 11-ci prosedur vətəndaşın öz vəsaiti hesabına olacaq”. 
 
Bundan başqa, 2 əməliyyat üzrə limitlər tətbiq olunur. A.Əhmədovanın sözlərinə görə, bu, oynaqdaxili endopritezlərin yerləşdirilməsi və kokolyar cihazın yerləşdirilməsi, dəyişdirilməsi ilə bağlıdır. Onların hər biri üçün illik limit 300 ədəddir. Digər xidmətlərdə heç bir limit yoxdur.  
 
Aynurə Əhmədova Bakıda yaşayan və rayon qeydiyyatında olan şəxslərlə bağlı məsələyə aydınlıq da gətirib. Bildirib ki, qaydalara görə, hər kəs qeydiyyatda olduğu rayon və ya şəhərdə pulsuz xidmət ala bilər.
Bəs Bakıda yaşayan həmin vətəndaşlar paytaxta tibbi xidmət almaq üçün nə etməlidir? 
 
A.Əhmədova qeyd edib ki, rayon qeydiyyatında olan şəxslər hazırda yaşadıqları yerdə müvəqqəti qeydiyyata düşməlidirlər. Bunun üçün Daxili İşlər Nazirliyinə müraciət edərək müvəqqəti qeydiyyata alma ilə bağlı arayış almalıdırlar. Pulsuz xidmət almaq üçün tibb müəssisəsinə müraciət edərkən həmin sənəd də təqdim edilməlidir. Əks halda, onlar bu xidmətdən yararlana bilməyəcəklər. 
 
Xatırladaq ki, icbari tibbi sığortanın xidmətlər zərfi ilkin səhiyyə xidmətləri, təcili tibbi yardım, ambulator və stasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edir. Ambulator şəraitdə müalicə alan şəxslər dərmanları öz vəsaitləri ilə almalı olacaq. Ancaq stasionar müalicə alarkən dərman və tibbi ləvazimatlara görə əlavə ödəniş tələb olunmur. 
 
İlkin səhiyyə xidmətləri poliklinikalarda, sağlamlıq mərkəzlərində və tibb məntəqələrində göstərilir.