Gömrük nəzarətindən gizlədilən malların sərnişin qatarının kupe vaqonunun tavanında gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyasından daxil olan Rostov-Bakı sərnişin qatarına gömrük baxışı keçirilib.
Baxış zamanı, qatarın 9-cu vaqonunun 2-ci kupesinin tavanındakı havalandırma sistemində olan boşluqda gömrük nəzarətindən gizlədilən mallar aşkar edilib.
Vaqonun bələdçisi Rusiya Federasiyası vətəndaşının gizlətdiyi bu mallar - 18 ədəd kişi papağı, 27 ədəd papaq içliyi, 22 ədəd quzu dərisi, 2 ədəd suiti dərisi və 1 ədəd quzu dərisindən tikilmiş palto olub.
Faktla bağlı araşdırma aparılır.