Azərbaycanda koronavirus infeksiyasından 478 nəfər müalicə olunaraq sağalıb, 1185 yeni yoluxma faktı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 249 min 492 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 233 min 834 nəfər müalicə olunaraq sağalıb, 3404 nəfər vəfat edib. Aktiv xəstə sayı 12 min 254 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 799 min 101 test aparılıb. Bugünkü testlərin sayı isə 8121-dir.